Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, qəzəlxan Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamına əsasən "Əliağa Vahidin poetik irsi" adlı ədəbi-bədii tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Aytac Zeynalovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, Filologiya və Jurnalistika fakültəsinin III kurs kurs tələbələri iştirak etiblər.
Tədbirdə şair Əliağa Vahidin yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.
Kafedranın dosenti Aytac Zeynalova çıxış edərək Azərbaycan şairi Əliağa Vahidin Azərbaycan poeziyasında görkəmli və istedadlı şəxsiyyət olduğunu söyləyib. Şairin dərin mənalı poeziyası olduğunu deyən A. Zeynalova Ə. Vahidin məhəbbət mövzularında yazdığı şeirlərdən danışdı. Aytac Zeynalova tədbirin təşkilində dəstək və kömək göstərmiş hər kəsə təşəkkürün bildirib.
Çıxış edən tələbələr öz təqdimatlarında şairin yaradıcılığına səyahət edərək onun yaratdığı əsərlər, toxunduğu mövzular, qəzəllər, satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etməsi haqqında geniş məlumat verdilər. "Əliağa Vahid yaradıcılığına Nəsimi və Füzulinin bədii təsiri" mövzusundan danışılaraq şairə hərs olunmuş səhnəcik nümayiş olundu. Sözləri Əliağa Vahidə məxsus "Vətən yaxşıdır" təsnifi oxundu, şeir və qəzəllərindən misralar söylənilib.
Görkəmli şairin səsyazmalarından ibarət audio qeydlər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB