Bu gün Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə "Kitab bayramı-2015" adlı tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib. SİA-nın verdiyi məlumata görə, BŞMTİ-nin rəhbəri Əlikram Əliyev artıq ənənəyə çevrilmiş bu bayramın hər il paytaxtımızın kitabsevərlərinin böyük marağına səbəb olduğunu, onlar tərəfindən sevinclə qarşılandığını bildirib.
"Kitab bayramı-2015" çərçivəsində Filarmoniya bağında 22 tanınmış nəşriyyatın kitabları sərgilənib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Moskvada nəfis tərtibatla nəşr edilmiş 126 müəllifin 309 adda rus dilində kitabı paytaxtımızın kitabxanalarına hədiyyə edilib.
"Kitab bayramı-2015" çərçivəsində "Canlı klassika-2015" gənc qiraətçilərin beynəlxalq bədii qiraət müsabiqəsində iştirak etmək üçün milli seçim mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin oxucusu Svetlana Mustafayeva, Nizami rayonundan Fərhad Rüstəmov, Binəqədidən Nicat Əhmədov qalib seçiliblər.
Qeyd edək ki, müsabiqənin beynəlxalq onlayn final mərhələsi mayın 15-dək həyata keçiriləcək və qaliblər iyun ayında Moskvada keçiriləcək "Canlı klassika-2015" yarışmasında ölkəmizi təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB