Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Xətai Sənət Mərkəzində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, "Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği" layihəsi çərçivəsində tədbir Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
İctimai birliyin sədri Çingiz Bayramov layihə haqqında danışaraq qeyd etdi ki, gənc nəslin milli, vətənpərvərlik ruhunda böyüməsində belə tədbirlərin böyük rolu var.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini İlqar İlyasov azərbaycançılıq məfkurəsinin formalaşması və təbliğində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Onun müdrik siyasəti nəticəsində dünya arenasında öz layiqli yerini tutdu. Bu gün Azərbaycan dövləti gənc nəslin formalaşmasında da azərbaycançılıq məfkurəsini təməl prinsip kimi götürərək uğurla irəliyə addımlayır.
Sonda layihə çərçivəsində təşkil olunan gənc rəssamların rəsm sərgi-müsabiqəsinin qalibləri mükafatlandırıldı. Aysel Atakişiyeva birinci, Röya Əliyeva ikinci, Cavid Qurbanov və Leyla Nağızadə üçüncü yerlərə layiq görülüblər. Qaliblərə diplom və mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB