Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rus rəssamı Aleksandr Xarşakın fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın verdiyi məllumata görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Muzeyin birgə təşəbbüsü ilə təşkil olunub.
Sərgini muzeyin direktoru Çingiz Fərzəliyev açıq elan edərək Aleksandr Xarşakın yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, faşizm üzərində Qələbənin qazanılmasının 70 illiyi münasibətilə açılmış sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi 30 əsəri nümayiş olunur.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva isə Leninqrad şəhəri uğrunda gedən döyüşlərin iştirakçısı olan Aleksandr Xarşakın Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində fərdi sərgisinin Bakıda açılmasını yüksək qiymətləndirib. Qeyd olunub ki, görkəmli rəssam əsərlərinin aktuallığına görə təkcə öz ölkəsində yox, bütün dünyada tanınır.
Bildirilib ki, Aleksandr Xarşak "Qırmızı əmək ordeni", "Böyük Vətən müharibəsi", "Qırmızı ulduz" və bir çox medallarla təltif olunub. 1975-ci ildə Rusiya Federasiyasının Əməkdar Rəssamı adına layiq görülüb. 1989-cu ildə isə əbədiyyətə qovuşub.
Görkəmli rəssamın oğlu Andrey Xarşak çıxış edərək, sərginin açılışına görə minnətdarlığını bildirdi.
Sonra sərgi ilə tanışlıq oldu. Sərgidə "1941-ci il. Cəbhəyə", "Düşərgənin sonu", "Şəhər-Qala", "Leninqradlılar", "Kəşfiyyata", "Yırtıcının sonu", "Atəş", "Berlinə", "Qayıdış" kimi əsərlər maraqla qarşılandı.
Qeyd edək ki, sərgidə Azərbaycan rəssamlarının müharibə mövzusunda əsərləri də nümayiş etdirilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB