MTN işə başlayıb FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Dubayda təmsil olunduğu "ATM 2015" beynəlxalq turizm sərgisində öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, 4-7 may tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "ATM 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Marketinq sektorunun müdiri Emil Səfərov və Planlaşdırma və inkişaf sektorunun baş məsləhətçisi Cəfər Qarayevdən ibarət nümayəndə heyəti təmsil olunur.

Sərgidə, həmçinin, 6 yerli turizm şirkəti (Silk Way Travel, Millennium Tourism and Congress, The Tour, Greenwich travel, Gilan tourism, Luxury Sport), 3 mehmanxana (Fairmont Hotel, Rigs Hotel, Boulevard Hotel), Azərbaycan Hava Yolları, Şahdağ Turizm Mərkəzi və Konqreslər Bürosu iştirak edir.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 56 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə