"Azərbaycanda milli mənəvi əxlaqa zidd reklam çarxlarının yayımlanması yol verilməzdir". Bunu SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov söyləyib. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən istər yerli, istərsə də xarici KİV-ləri bildiriş xarakterli reklamları da Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir: "Qanunda da çox aydın göstərilir ki, televiziyada hansı məlumatlar yayımlana bilər, hansılar yox. Ancaq bəzən kreativlik adı altında Azərbaycanın milli mənəvi dəyərlərinə, əxlaqına zidd olan, xüsusilə də yeni nəslin həm sağlamlığına, həm də psixologiyasına pis təsir edən reklamlar nümayiş olunur. Bu hallar da təəssüf ki, daha çox televiziyalarda olur. Hətta qanunvericilikdə də göstərilir ki, hansı reklamlar yayımlana bilər. Ancaq qanunda xüsusi bəndlərlə onlar aydınlaşdırılmayıb. Bunun üçün çox güman ki, ya Nazirlər Kabinetinin xüsusi Sərəncamı lazımdır, ya da icraçı orqan kimi Milli Teleradio Şurasına əlavə edilə bilər. Belə ki, reklamların məzmununda gizli reklam kodları ilə bağlı müəyyən işlər apara bilərlər. Onu da deyim ki, Azərbaycan vətəndaşlarının milli mənəvi dəyərlərini də nəzərə almaq lazımdır. Bəzən ailəvi hər hansı seriala və ya verilişə baxırıq. Bu zaman qadınlar üçün nəzərdə tutulmuş gigiyenik vasitələrdən açıq şəkildə reklamı gedir. Bu da ailə dəyərlərinin məhv olmasına gətirib çıxarır. Həmçinin artıq yay fəslinə yaxınlaşırıq. Belə ki, müxtəlif şirələrin reklamlarında çılpaq gənclər mənəviyyatımıza yad olan rəqslər edəcəklər. Bunun da uşaqların psixologiyasına mənfi təsir edəcək. Hesab edirəm ki, cəmiyyətlə bərabər KİV-nin nümayəndələri də bunlara qarşı ciddi mübarizə aparmalıdır. Bir sözlə ictimai qınaq güclü olmalıdır. Xüsusilə də qanunvericilikdə aydın göstərilməlidir ki, bu tip reklamlar gedən zaman həmin insanlara, qurumlara və ya KİV-nə qarşı yüksək pul cərimələri tətbiq olunmalıdır. Həmçinin əxlaq polisi deyilən bir anlam var. Bu həm Avropa ölkələrində, həm də bir çox yaxın Şərq ölkələrində mövcuddur. Bu cür reklam gedən zaman əxlaq polisləri həmin efirləri dayandırır. Onu da deyim ki, nəinki reklamlarda hətta filmlərdə və tamaşalarda siqaret, spirtli içkilərdən istifadə halları ilə də qarşılaşırıq. Təəssüf ki, Azərbaycanda hələ də həmin epizodların qarşısı alınmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB