“Kitab bayramı-2015”

Mayın 6-da Bakının Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı-2015" adlı tədbir keçiriləcək. İdarədən SİA-ya verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunur. Filarmoniya bağında 20-dək nəşriyyatın kitabları sərgilənəcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə aid olan kitabxanalara 126 müəllifin rus dilində çap olunmuş 200-ə yaxın kitabı da təqdim ediləcək. Oxuculara Çingiz Abdullayev, Qurban Səid, Elçin Səfərli, Fyodor Dostoyevski, Etel Lilian Voyniç, Stiven Kinq və digər dünya şöhrətli müəlliflərin kitabları təklif olunacaq.

"Kitab bayramı-2015" çərçivəsində "Canlı klassika-2015" beynəlxalq bədii qiraət müsabiqəsi üçün milli seçimin final mərhələsinin qalibləri də mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə