Azərbaycan İstiqlal Muzeyində "Yaddaş körpüsü" adlı tədbir və sərgi təşkil ediləcək. Muzeydən SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 2015-ci il 23 fevral tarixli Sərəncamına əsasən keçiriləcək.
Həmin Plana əsasən 2015-ci il mayın 7-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş "Yaddaş körpüsü" adlı tədbir-sərgi təşkil olunacaq.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgidə muzeyin fondunda saxlanılan plakat kolleksiyası və 1941-45-ci illər müharibəsini əks etdirən müxtəlif əşyalar nümayiş olunacaq.
Qeyd edək ki, tədbirdə Veteranlar Şurasının, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB