Qazax rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Mədəniyyət mərkəzinin akt zalında general Əlağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunmuş "Vətəni canından artıq tutan general" adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, Əlağa Şıxlinskinin yubileyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Qazax rayonunun mədəniyyət ocaqlarında da silsilə tədbirlər keçirilir. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova "Görkəmli hərb xadimi" adlı məruzə ilə çıxış edib. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Nailə Əliyeva, kitabxananın şöbə müdiri Həcər Hadıyeva, Mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova generalın milli qoşun hissələrinin təşkilində, ordu quruculuğunda rolundan danışıblar.
Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində də general Əliağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş "Solmayan şöhrət" adlı xatirə tədbiri keçirilib. Muzeyin böyük elmi işçisi Könül Lətifova hərb tarixində iz qoymuş sərkərdələrimizin şanlı həyat yolunun təbliğ olunmasının vacibliyindən danışıb.
Muzeyin əməkdaşı Kəmalə Məmmədovanın generalın həyat və fəaliyyəti barədə dinlənilib. 18 saylı təbiət-humanitar təmayüllü məktəb-liseyin hərbi hazırlıq müəllimi Məhəmməd Quliyev generalın müəllifi olduğu "Rusca-türkcə qısa hərbi lüğət" barədə məlumat verib.
21 saylı orta məktəbin şagirdləri "Salam, mənim generalım" ədəbi-bədii kompozisiyasını nümayiş etdiriblər, Əliağa Şıxlinskiyə həsr olunmuş şeirlər səsləndirilib. Tədbir generalın həyatından bəhs edən sənədli filmin nümayişi ilə başa
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB