Mayın 5-də saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11/13 ünvanında faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə görkəmli rus rəssamı, Böyük Vətən müharibəsi iştirakçısı Aleksandr Xarşakın fərdi sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə keçiriləcək sərgidə rəssamın müharibə mövzusunda 30 əsəri nümayiş olunacaq. "1941-ci il. Cəbhəyə", "Düşərgənin sonu", "Şəhər-Qala", "Leninqradlılar", "Kəşfiyyata", "Yırtıcının sonu", "Atəş", "Berlinə", "Qayıdış" kimi əsərlər bu qəbildəndir.
Aleksandr Xarşak Aleksandr Xarşak 1908-ci ildə Çernoqovki quberniyasının Novqorod-Severski şəhərridə dünyaya gəlib. Böyük Vətən müharibəsində Leninqrad cəbhəsində iştirak edib. Müharibənin sonunadək Leninqrad cəbhəsinin 42-ci ordusunun "Udar po vraqu" ("Düşmənə zərbə") qəzetinin redaksiyasında çalışıb. 50-ci illərdən yaradıcılığını kitab illüstrasiyasına həsr edib. Rəssam 1989-cu ildə vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB