“Bu mənəm 2” adlı albomun təqdimatı olub

“Bu mənəm 2” adlı albomun təqdimatı olub

Bakı Caz Mərkəzində "Bu mənəm 2" layihəsi çərçivəsində hazırlanmış eyniadlı albomun təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, uşaqlar və tanınmış müğənnilərin duetlərindən ibarət olan bu albom 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunub.

Albomun ərsəyə gəlməsində böyük zəhməti olan Ülviyyə və Bəbir Bəbirlilər layihənin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, layihənin əsas məqsədi uşaq mahnılarını təbliğ etmək və istedadlı uşaqları dəstəkləməkdir. Layihənin özəlliyi burada yeni mahnılara xüsusi yer ayrılmasındadır. Albomun bütün mahnılarının sözlərini Ruhiyyə Rüstəmova yazıb, mahnıları B.Bəbirli aranjiman edib. Mahnıları bir çox beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edən uşaqlar, habelə əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Gülnaz İsmayılova, "Eurovizion-2011"in qalibi Eldar Qasımov və digər müğənnilər ifa ediblər.

Qeyd edək ki, keçən il buraxılmış "Bu mənəm 1" albomunda uşaqların solo ifaları yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə