Mehmanxanalara lisenziya verildi

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin aprel ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:

1. Fiziki şəxs Zeynalova Natəvan Hüsü qızına (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, ev.112) "İsti su" istirahət mərkəzi, 01.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 579, seriya №-si 083921; faktiki ünvan: Neftçala rayonu, Xıllı kəndi;

2. Fiziki şəxs Zeynalov Vidadi Zeynal oğluna (hüquqi ünvanı: Bakı şəhəri, M.Qaşqay küçəsi, ev 112) "Məlhəm" istirahət mərkəzi, 01.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 580, seriya №-si 083922; faktiki ünvan: Şamaxı rayonu, Məlhəm kəndi;

3. Fiziki şəxs Allahyarov Natiq Nurəli oğluna (hüquqi ünvanı: Bakı şəhəri, Rəsulzadə qəs.,1-ci Z.Fərzəliyev küçəsi, ev 23) "Du Port" mehmanxanası, 02.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 581, seriya №-si 083923; faktiki ünvan: Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, ev 7;

4. "Təhsil İstirahət Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Xaçmaz rayonu, Xuray kəndi) "Təhsil İstirahət Mərkəzi", 03.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 582, seriya №-si 083924; faktiki ünvan: Xaçmaz rayonu, Xuray kəndi;

5. "Şərədil Otel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Şamaxı rayonu, Şərədil kəndi) "Samaxı Palace Platinum by Rixos" mehmanxanası, 06.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 583, seriya №-si 083925; faktiki ünvan: Şamaxı rayonu, Şərədil kəndi;

6. "Dəmirağac-B" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Masallı rayonu, Qəriblər kəndi) "Dəmirağac" istirahət mərkəzi, 15.04.2015-ci il tarixli, qeydiyyat nömrəsi 565, seriya №-si 083926; faktiki ünvan: Masallı rayonu, Qəriblər kəndi.

7. "Horizon Turizm Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 21, məhəllə 520) "Old Street Hotel" mehmanxanası, 25.01.2013-cü il tarixli; qeydiyyat nömrəsi 401, seriya №-si 083875; faktiki ünvan: Bakı şəhəri, Səbail rayonu, Sabir küçəsi ,ev 12;

8. "Gilan" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 38, mənzil 7) "Qafqaz Baku city Hotel & Residences" mehmanxanası, 12.11.2012-ci il tarixli; qeydiyyat nömrəsi 386, seriya №-si 083927; faktiki ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 38.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 324-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə