Xalq artisti, aktyor və rejissor Ağaxan Salmanlı Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşaya quruluş verib. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu rəssamı Rəfael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rolları Eyvaz Əliyev, Fəridə Məmmədova, Paşa Salmanov, Amil Fərzəliyev, Afiq Yusifov, Jalə Davıdova, Hüseyn Mustafayev, Asim Məmmədov və Ruhəngiz Abdullayeva ifa edir.
Nəzərinizə çatdıraq ki, Əhməd Orucəlinin "Nənənin kələyi" komediyasının premyerası mayın 1-3-də olacaq.
Qeyd edək ki, "Nənənin kələyi" komediyası uzun illər əvvəl ilk dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ağaxan Salmanlının quruluşunda səhnəyə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB