MTN Vaqif Məstanovu mükafatlandırıb

MTN Vaqif Məstanovu mükafatlandırıb

Azərbaycan Dövlət Musiqili Teatrının baş xormeysteri Vaqif Teyyub oğlu Məstanov Azərbaycan musiqi sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 ili münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. SİA-nın verdiyi məlumata görə, Vaqif Teyyub oğlu Məstanov 9 may 1955-ci ildə anadan olub. 1974-cü ildə A. Zeynalov adına Musiqi Texnikumunun skripka sinfini bitirib. 1975-ci ildə XKF-nin ansamblında musiqiçi və xor qrupunun rəhbəri işləyib. 1978-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xor dirijoru" fakültəsinə daxil olub. Konservatoriyada təhsil aldığı vaxtlarda müxtəlif xor kollektivlərində - Mədəniyyət işçilərinin Mədəniyyət Evində oğlanlar xorunda, 127 saylı ümumtəhsil məktəbinin xorunda fəaliyyət göstərib. 1966-1980-cı illərdə Respublika Müəllimlər Evinin müəllim xoruna rəhbərlik edib. 1990-cı ildən etibarən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş xormeyster kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi müddətdə Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin", Fərəc Qarayev, Eduardo de Filippo "Filumena Marturano", M. Qluza, Q. Qorin "Pominalnaya molitva", Ramiz Mustafayev, Cahangir Məmmədov "Məsmə xala dayımdır", Emin Sabitoğlu, Evgeni Şvarts "Qırmızı papaq", Rafiq Səməndər "Gülmək qadağandır", Zülfüqar Hacıbəyov "50 yaşında cavan", Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik", Oktay Kazımov, Ramiz Heydər "Qızıl toy", Süleyman Ələsgərov, İsi Məlikzadə "Hərənin öz ulduzu", Soltan Hacıbəyov, Məhərrəm Əlizadə "Qızıl gül", Emin Sabitoğlu, Cahangir Məmmədov "10 min dollarlıq keyf", Emin Sabitoğlu, Vladimr Kalmanovski "Odnajdı v Baqdade", İmre Kalman "Tsıqan premyer", İmre Kalman "Silva", İmre Kalman "Maritsa", Frans Leqar "Vesyolaya vdova", Qara Qarayev "Neistovıy Qaskonets", Üzeyir Hacıbəyli "O olmasın, bu olsun", Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik", Emin Sabitoğlu, Xalidə Hasilova "Nəğməli Könül", Sərdar Fərəcov, Əli Əmirli "Səhnədə məhəbbət", Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin "Bir günlük siğə", Emin Sabitoğlu, Tamara Vəliyeva "Bankir adaxlı", Rauf Hacıyev, Faiq Zöhrabov "Talelər qovuşanda", Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu", Vasif Adıgözəlov, Anar "Aldın payını, çağır dayını", İmre Kalman "Bayadera", Üzeyir Hacıbəyli "Arşın mal alan", "Ər və arvad", Emin Sabitoğlu, Cahangir Məmmədov www.ferzeli-kef.com (On minlik kef), S. Kərimi, Ə. Ol "Kimyagər" (M.F. Axundzadənin 200 illik yubileyi ilə əlaqədar) tamaşalarının xormeystri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə