04-07 may tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "ATM 2015" beynəlxalq turizm sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, "ATM 2015" sərgisində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı həmçinin, 6 yerli turizm şirkəti (Silk Way Travel, Millennium Tourism and Congress, The Tour, Greenwich travel, Gilan tourism, Luxury Sport) və 3 mehmanxana (Fairmont Hotel, Rigs Hotel, Boulevard Hotel), Azərbaycan Hava Yolları, Şahdağ Turizm Mərkəzi və Konqreslər Bürosu iştirak edəcək.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 56 kv.m-lik stend hazırlanmış və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB