Hərbiçilər üçün tamaşa nümayiş etdirilib

Hərbiçilər üçün tamaşa nümayiş etdirilib

Füzuli Dövlət Dram Teatrının kollektivi "Bəndalı bəndə düşüb" tamaşası ilə hərbiçilər qarşısında çıxış edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Müdafiə Nazirliyinin bölgədə yerləşən "N" saylı hərbi hissəsinin hərbiçiləri qarşısında çıxış edən Füzuli Dövlət Dram Teatrının aktyorları bildiriblər ki, aktyorlar da arxa cəbhənin əsgərləridir və onlar mütəmadi olaraq "N" saylı hərbi hissənin qarşısında vətənpərvərlik mövzusunda olan ədəbi-bədii kompozisiyalarla çıxış edirlər. Bildiriblər ki, bu kimi tamaşalar bizim Milli Ordu əsgərlərində yüksək əhval-ruhiyyə aşılayırlar. Füzuli Dövlət Dram Teatrı müxtəlif festivallarla yanaşı tədbirlər planına əsasən rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində repertuarında olan tamaşalarla çıxış edirlər. Aktyorların hazırladıqları və hərbiçiləri qarşısında göstərdikləri tamaşa tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə