Bu gündən etibarən Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "İkinci şans" filminin nümayişinə başlanıb. SİA-nın verdiyi məlumata görə, "İkinci şans" filminin ssenari müəllifi və rejissoru Den Fogelman bu ekran əsərini dram, komediya və musiqi janrında çəkib. Film real hadisələrə əsaslanır. Yaş məhdudiyyəti:16 +
Nə vaxtsa Denni Kollinzin mahnılarını bütün dünya sevirdi. Amma neçə illərdi ki, o heç nə yaratmır, ötən şöhrətinin kölgəsində yaşayır. Bir gün o, Con Lennonun uzun illər öncə ona yazdığı məktubunu alır. Vaxtında bu məktub Denni Kollinzin həyatını dəyişə bilərdi.
Filmdəki rollara, dünya şöhrətli ulduz Al Paçino, Annett Beninq, C enifer Qarner, Bobbi Kannavale, Kristofer Plammer, Melissa Benoyst, Nik Offerman, Coş Pek, Arti Man, Katarina Ças və başqa aktyorlar çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB