Mübariz Həmidov “Səməd Vurğun mükafatı”na layiq görülüb FOTO

Mübariz Həmidov “Səməd Vurğun mükafatı”na layiq görülüb FOTO

Azərbaycanın Xalq şairi Səməd Vurğunun ev - muzeyində "Səməd Vurğun mükafat"ının təqdimat mərasimi həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, ərasimdə ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları, vurğunsevərlər iştirak ediblər.

Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev muzeyində keçirilən tədbirlərə dəstəyinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, şairin irsinin təbliği sahəsindəki əvəzsiz xidmətlərinə görə teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova sözügedən mükafata layiq görülüblər.

Qeyd edək ki, Səməd Vurğun mükafatının təsis edilməsinin əsas məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə