MTN təlimdə iştirak edəcək

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Ankara şəhərində keçiriləcək təlimdə iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 90 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2008-ci il iyun ayının 3-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu"na və ona dair imzalanmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planına uyğun olaraq 4-9 may 2015-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində dövlət qulluğunda insan resurslarının idarə edilməsi ilə bağlı keçiriləcək təlimdə Nazirliyin nümayəndələri də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə