Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbi şagirdlərinin konserti olacaq. SİA-nın verdiyi məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunmuş konserti xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşaiyət edəcək.
Konsertdə Azərbaycan və xarici bəstəkarlar F.Əmirov, H.Xanməmmədov, E.Qriq, Mendelson, L.Bethoven, V.Motsart, Brux, D.Kabalevski, Bokerinninin əsərləri səslənəcək.
Qeyd edək ki, konsert mayın 1-də, saat 18.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB