Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Daşkənddə "Könlüm keçir Qarabağdan" adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, alimlər, Azərbaycan diasporasının Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tələbələr və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Səfirliyinin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Qarabağın tarixi, abidələri haqqında məlumat vermiş, Qarabağın tanınmış şəxsiyyətləri, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Xan Şuşinski, Natəvan, Bülbül, və digər tanınmış şəxslər haqqında söhbət açıb. O, Özbəkistanda Azərbaycan Səfirliyi və onun Mədəniyyət Mərkəzi tərəfindən Qarabağ probleminə dair təbliğatı işlərin genişləndirildiyini bildirmiş, təşkil olunan sərgidə ilk dəfə olaraq Qarabağ abidələrinin maketlərini, Qarabağ geyimlərini, kulinariyasını və milli mədəni irs nümunələrinin nümayiş etdirildiyini bildirib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Almaniyanın Berlin şəhərindəki "Azərbaycan Evi"nin əməkdaşı Yeganə Azadova və başqaları tədbirin əhəmiyyətindən danışmış və bu cür təbliğat tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə "Şuşa" sənədli filmi nümayiş etdirilmiş, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri, laureat Rəna Əzizova Qarabağ haqında mahnılar ifa ediblər.
Daha sonra sərginin rəsmi açılışı olmuşdur. Mədəniyyət Mərkəzinin foyesində Qarabağ abidələri, təbiəti, dahi şəxsiyyətlərinə dair fotosərgi ictimaiyyətin marağına səbəb olub.
Qeyd edək ki, fotosərgi ilə yanaşı tədbirdə Qarabağ xalçaları, Qarabağa aid Azərbaycan kişi və qadın geyimlərinin maketləri, Şuşa məscidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər abidələrin maketləri, Azərbaycan kəlağayıları nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində Qarabağa dair Azərbaycan mətbəxinin nümunələri - Qarabağ kətəsi, fəsəli, kükü, şəkərbura, paxlava və s. yemək, şirniyyatlar iştirakçılara təqdim ib
Tədbirin sonunda iştirakçılara Qarabağa dair nəşrlər - kitab, qəzet və bukletlər iştirakçılara hədiyyə edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB