Hər il Özbəkistanda keçirilən "İstirahət dünyası" Beynəlxalq Turizm Sərgisinin dünən Daşkənddə rəsmi açılışı olub. SİA-nın verdiyi məlumata görə, sərginin keçirilməsində əsas məqsəd yerli və xarici turizm firmalarına öz məhsullarını təqdim etmək imkanı yaratmaq və turizm resurslarını təbliğ etmək olub.
Qeyd edək ki, tədbirdə Özbəkistanın turizm firmaları ilə yanaşı, Avropa, Türkiyə və bir sıra Asiya ölkələri öz turizm resurslarını nümayiş etdirirlər. Açılış mərasimində Özbəkistanın dövlət nümayəndələri, xarici ölkələrin səfirləri və çoxsaylı ictimaiyyət iştirak edib.
Sərginin giriş sözü ilə açan Özbəkturizm Milli Şirkətinin sədr müavini Ənvər Temirxodjaev Özbəkistanın son illər turizm sahəsində əldə etdiyi uğurlardan danışmış və bu sahədə mühüm işlərin görüldüyünü qeyd edib.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev açılış mərasimində çıxış edərək, Azərbaycan builki sərgidə yüksək səviyyədə iştirakından danışmış və ölkəmizdə son illər turizm sahəsində həyata keçirilən nəhəng layihələr barədə məruzə edib.
Çıxış edən digər natiqlər turizm sənayesinin iqtisadiyyatda tutduğu yer, bu sahənin işsizliyin aradan qaldırılmasında rolu barədə danışmışlar. Onlar sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Daha sonra sərginin rəsmi açılışı olub.
Bu ilki "İstirahət dünyası" Özbəkistan Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və "Naftalan Çinar otel"i təmsil ediblər.
Sərgidə Azərbaycan mədəniyyəti, mətbəxi, milli geyimləri və zəngin turizm resursları təbliğ edilmişdir. Çoxsaylı sərgi iştirakçılarının marağını cəlb edən Azərbaycan stendində ölkəmizin turizminə dair nəşrlər paylanılıb.
Nəzərinizə çatdıraq ki, sərgidə Azərbaycanın istirahət məkanları haqqında nəşrlərlə yanaşı videoçarx nümayiş etdirilib, habelə Özbək turistləri üçün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən Naftalana cari ilin avqust ayında təşkil ediləcək müalicə-istirahət turunun təqdimatı olub.
Festival çərçivəsində müxtəlif folklor və musiqi qrupları çıxış etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqsləri ifa ediblər.
Sərgi yerli KİV-lərdə geniş işıqlandırılıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB