“Action Asia” jurnalında ölkəmiz haqqında məqalə yayımlanıb

“Action Asia” jurnalında ölkəmiz haqqında məqalə yayımlanıb

Honq Konqda nəşr olunan "Action Asia" jurnalında Amerikalı Jimmy Peterson tərəfindən Şahdağ Turizm Mərkəzi haqqında məqalə yayımlanıb. SİA-nın verdiyi məlumata görə, məqalədə Jimmy Petersonun Azərbaycana səfəri zamanı Şahdağ Turizm Mərkəzinə və Tufandağ Qış-Yay Turizm Kompleksi haqqında təəssüratları öz əksini tapıb.

Səfər zamanı jurnalist Şahdağ Turizm Mərkəzində yaradılan şəraitlə yaxından tanış olduğunu və dünyanın 49 ölkəsində xizək sürməsinə baxmayaraq, Azərbaycanda yerləşən Şahdağın bunlar arasında qabaqcıl yer tutduğunu bildirib.

Jimmy Peterson xüsusi ilə də, yaxın gələcəkdə Azərbaycanın Şahdağ Turizm Mərkəzinin Koreya və digər Asiya ölkələrindəki kimi xizək sürmə üçün məkan olacağına inandığını qeyd edib.

Qeyd edək ki, səfər zamanı Azərbaycan əhalisinin qonaqpərvərliyi qonağı heyran edib və bu barədə məqalədə geniş bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə