Bakıda keçirilmiş tədbir Britaniya saytında

Bakıda keçirilmiş tədbir Britaniya saytında

Bakıda turizm biznesinin professionalları üçün keçirilmiş "B2B Luxury & MICE Workshop" adlı işgüzar görüş haqqında Britaniyanın "www.traveldailynews.com" saytında məqalə yayımlanıb. SİA-nın verdiyi məlumata görə, məqalədə qeyd olunur ki, işgüzar görüşdə 120 yerli turizm şirkəti və 40-dan çox xarici şirkətin nümayəndəsi iştirak edib. Həmçinin tədbirin B.Britaniyanın TMİ Consultancy şirkəti və yerli azərbaycanlı mütəxəssisləri ilə birgə təşkil olunması da bildirilib.

Tədbirin iştirakçıları Azərbaycanın qabaqcıl turizm şirkətləri, beynəlxalq otellər şəbəkələrinin, Fransa, Yunanıstan, İtaliya, İspaniya, Kipr, İsveçrə kimi bir sıra xarici dövlətlərin turizm ofisləri və turoperatorların nümayəndələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə