Musiqi festivalı Euronews telekanalında

Musiqi festivalı Euronews telekanalında

20-24 aprel tarixində Bakıda keçirilən VI Qara Qarayev Beynəlxalq müasir müsiqi festivalı haqqında Euronews telekanalının "Lemag" proqramında ətraflı süjet yayımlanıb. SİA-nın verdiyi məlumata görə, proqramda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, nüfuzlu Dmitriy Şostakoviçin tələbəsi olması xüsusi vurğulanır.

Bildirilir ki, bu mötəbər festival hər iki ildən bir keçirilir və müxtəlif beynəlxalq musiqi qrupları təmsil olunur. Həmçinin, "Lemag"-da Qara Qarayevin oğlu Fərəc Qarayev, festivalın iştirakçısı olan azərbaycanlı soprano Fəridə Məmmədova və digərlərinin fikirləri yer alıb.

Sonda qeyd olunub ki, Qara Qarayev festivalı üç ildən sonra keçiriləcək və bəstəkarın 100 illik yubileyinə həsr olunacaq.

Proqramı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

http://www.euronews.com/2015/04/24/favourites-and-hidden-gems-at-baku-s-contemporary-music-festival

Bütün xəbərlər Facebook səhifəmizdə