Tərəfdaşlıq memorandumu imzalanıb

Tərəfdaşlıq memorandumu imzalanıb

İsveçrə Konfederasiyasının Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq ölkə qismində iştirak etdiyi 4-cü "Lüsern Dünya Turizm Forumu" keçirilib. SİA-nın verdiyi məlumata görə, forumda beynəlxalq turizm, iqtisadiyyat, siyasət, elm və maliyyə sahələrini əhatə edən müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, foruma dünyanın müxtəlif aparıcı universitetlərinin nümayəndələri qatılıb. Forum çərçivəsində keçirilən akademik sessiyalarda Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov iştirak edib.

Sessiyalarda gənc istedadların təklif etdikləri layihələr, gənclərlə bağlı müxtəlif təqaüd proqramlarının keçirilməsi haqqında müzakirələr aparılıb.

Forumun ikinci günü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov və "Lüsern Dünya Turizm Forumu"nun Təşkilat Komitəsinin baş meneceri Martin Barth tərəfdaşlıq memorandumu imzalamışdır. Memoranduma əsasən Universitet 5-ci "Lüsern Dünya Turizm Forumu"nda tərəfdaş qismində iştirak edəcək. Həmçinin, Azərbaycan Turizm və Menecment Universiteti dünyanın 15-dək tanınmış universitetinin qatıldığı "Gənc istedadlar" proqramına üzv olacaq və universitetin müəllim və tələbə heyətindən seçilmiş nümayəndələrin bu forumda iştirakı təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə