Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçiriləcək

Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçiriləcək

Aprelin 27-28-də, saat 12:00-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Uşaq musiqisinə və onların musiqi-estetik tərbiyəsinə həsr olunmuş Elmi-praktik konfrans keçiriləcək. Bəstəkarlar İttifaqından SİA-ya verilən məlumata görə, tədbirdə tanınmış musiqişünaslar Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, əməkdar müəllim, Pedaqoji Elmlər doktoru Oqtay Rəcəbov, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşova və Mehriban Əhmədova, professor Ədilə Yusifova, Mələk Vəlizadə, musiqişünas Raya Abbasova, Lalə Musayeva, pedaqoqlar Kəmalə Cabbarova, Ağahüseyn Abbasov, və Bakı Musiqi Akademiyasının doktorantı Ayxan Əfəndiyev uşaq musiqisinin probleminə həsr edilən məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, konfrans iştirakçıları həmçinin musiqi məktəblərinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi əsərlərə qulaq asacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə