Aprelin 27-də Mingəçevir Dövlət Dram Teatrı Bakıda Akademik Milli Dram Teatrının səhnəsində Süleyman Sani Axundovun "Eşq və intiqam" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşada əsas rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, aktyorlar Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, İlqar Rəhimov və başqaları canlandıracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB