Nazim Səmədov beynəlxalq forumda iştirak edir FOTOLAR

Nazim Səmədov beynəlxalq forumda iştirak edir FOTOLAR

Xəbər verdiyimiz kimi İsveçrə Konfederasiyasının Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq ölkə qismində iştirak etdiyi IV "Lüsern Dünya Turizm Forumu" öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, forumun açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilk növbədə tədbir təşkilatçılarına xüsusi qonaq ölkə statusu dəvəti üçün təşəkkürünü bildirmiş və forumun ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulayaraq gələcəkdə də əməkdaşlığın davam edəcəyinin vacibliyini qeyd edib. Nazir müavini çıxışı zamanı Azərbaycanın dünyanın sürətlə inkişaf edən iqtisadiyyata sahib olan ölkələrdən biri olduğunu vurğulayıb.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru haqqında məlumat verərkən, nazir müavini ölkəmizin BM Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığını xüsusilə vurğulayıb.

Çıxışının sonunda nazir müavini iştirakçıları yerli aşpazlar tərəfindən hazırlanmış Azərbaycanın milli yeməklərdən ibarət işgüzar nahara və forumun ikinci günündə nümayiş ediləcək Azərbaycanın turizm potensialını özündə əks etdirən video çarxı izləməyə dəvət edib.

İşgüzar nahar zamanı qonaqlara təqdim olunan növbənöv milli yeməklər, şirniyyatlar və içkilər xüsusi ilə bəyənilib.

Forumun ikinci hissəsində müxtəlif mövzular üzrə seminarların və şirkətlər arasında biznes görüşlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin ilk dəfə təmsil olunduğu sözügedən forumun 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikasıdır. Forumda 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslər, mütəxəssislər və icraedicilər iştirakı edir.

Bütün xəbərlər Facebook səhifəmizdə