Belçika Krallığının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Krallığın Namür şəhərində Namür Expo mərkəzində Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlərinin konfransı öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Konfransın plenar açılış toplantısında Avropa Şurasının Demokratiya üzrə Baş Direktoru xanım Snezena Samardzic-Markovic və Yerli və Regional Hökumətləri Konqresinin vitse-prezidenti xanım Juliana Hoxha, Beynəlxalq Qeyri-hökumət təşkilatlarının Təhsil və Mədəniyyət Komitəsinin prezidenti xanım Sabine Rohmann, İnkişaf Bankının vitse-idarəçisi cənab Apolonio Ruiz Ligero, Belçika Krallığının Valoniya hökumətinin vitse-prezidenti və irs naziri, Namür şəhərinin meri Maxime Prevot çıxışlar edib.
Qeyd etmək istəyirik ki, konfransın əsas məqsədi Avropa irs strategiyasının hazırlanması üzrə məsləhətləşmələrin aparılması, bununla bağlı müvafiq mövzular, prioritetlər və mexanizmlər üzrə qaydaların razılaşdırılmasıdır. Sayca 6-cı dəfə təşkil edilən konfransın yekununda Avropa irsinin qorunması və təşviqi üzrə deklarasiyanın qəbul edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB