“Aşk olsun” filminin nümayişi başlayıb FOTO

“Aşk olsun” filminin nümayişi başlayıb FOTO

Bu gündən etibarən Nizami Kino Mərkəzində Türkiyənin "Aşq olsun" və ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan "Qaranlıqdan" filmlərinin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rejissorlar Murat Serezli və Neslihan Yıldız Alaklının, Eşref Dinçerin ssenarisi əsasında çəkilən "Aşk olsun " romantik komediya filmi qadınlara "eşq doktorluğu" edən Ozanın həyat hekayəsindən bəhs edir. Onun yeni müştərisi Ceyda, sevgilisi Canerle yenidən birləşmək üçün Ozandan yardım istəyir. Cener isə eşq acısını unutmaq üçün başqa qadınla yeni münasibətlər qurmağa çalışır. Hadisələrin cərəyan etdiyi vaxtda, təxmin belə etmədən, Ozan Pınarla qarşılaşır və ona aşiq olur. İşlərini də unutmayan Ozan, köhnə sevgililəri barışdırmaq üçün plan qurur. Onun planını başa düşən Pınar, başlamaqda olan münasibətlərinə son qoyur. Görəsən bu iki cütlüyün macərası xoşbəxt sonluqla bitəcəkmi?

Filmdəki obrazları İlker Aksum, Sedef Avcı, Kenan Ece, Selen Seyven və digər aktyorlar canlandırıblar. Yaş həddi :12+

Həmçinin, həmin gündən etibarən ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan "Qaranlıqdan" filminin nümayişi başlanıb.

Xavyer Qulon və Pastor qardaşlarının ssenarisi əsasında rejissor Yuis Kilesin çəkdiyi bu film triller və dəhşət janrındadır. Filmin yaş məhdudiyyəti: 18+

Ailə biznesi ilə məşğul olmaq üçün qızları ilə birgə Kolumbiyaya köçən cütlük, bir müddətdən sonra yeni evlərinin ruhlarla dolu olduğunu öyrənirlər.

Filmdəki rollara aktyorlar Frenk Kuervo, Piksi Deyvis, Alexandro Fert, Stiven Ri, Skott Spidman, Culiya Staylz, Vanesa Tamayo, Gilermo Morales Vitola və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə