V iclas öz işinə başlayıb FOTO

BMÜTT-nin və Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İpək Yolu layihəsinə üzv 18 ölkənin nümayəndəsi iştirak edir. SİA-nın verdiyi məlumata görə, tədbir BMÜTT-nin Baş katibi Taleb Rifainin videomesaj nitqi ilə açılıb. Daha sonra BMÜTT-nin texniki əməkdaşlıq və xidmətlər üzrə icraçı direktoru Şanzonq Ju, İpək Yolu üzrə Proqram direktoru Alla Peresolova və Koreya Respublikası mədəniyyət, idman və turizm nazirinin müavini Çonq Kim çıxış edərək İpək Yolu üzərində turizmin əhəmiyyətindən və potensialından söz açıb.

Tədbir çərçivəsində İpək Yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi planlaşdırılır.

Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə