Azərbaycanda fəaliyyət göstərən British Council 20 ildən artıq fəaliyyəti dövründə bir çox sahələrdə layihələr həyata keçirir. SİA-nın verdiyi məlumata görə, bu layihələr sırasında incəsənət sahəsi də əsas sektorlardan biridir. Milli İncəsənət Muzeyində muzey sahəsində layihənin fəaliyyət planına əsasən muzey mütəxəssisləri üçün ilk təlimlər keçirilib.
Böyük Britaniyadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən "Muzey menecmenti" layihəsi mədəni irsimizin qorunması sahəsində öz töhfəsini verəcək.
Treninqində British Council-in Avropa Regionu üzrə direktoru cənab Maykl Börd, Böyük Britaniynın Azərbaycandakı səfirinin müavini cənab Stefen MakKormik, British Council təşkilatının Bakıdakı nümayəndəliyinin rəhbəri Elizabeth Vayt, Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva, Muzey işi sektorunun müdiri xanım Azadə Hüseynova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev iştirak ediblər.
Görüşdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Britaniya Şurası Azərbaycanın muzeylərində çalışan mütəxəssislərin inkişafı və bu sahəyə ictimaiyyətin marağının artırılması üzrə uzun müddətli layihə həyata keçirir. Şura ilə birgə teatr, musiqi, xoreoqrafiya, müasir incəsənət sahəsində bir çox maraqlı layihələr həyata keçirilib. Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, Britaniya Şurasının ölkəmizdəki fəaliyyəti Böyük Britaniya və Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına xidmət edir. Əminəm ki, Britaniya Şurasının Avropa regionu üzrə direktoru cənab Maykl Bördün ölkəmizə səfəri mədəni irsimizin qorunması sahəsində gələcək layihələrlə bağlı fəaliyyətə böyük töhfə verəcək və ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da inkişafına xidmət edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB