Azərbaycan-İtaliya turizm əlaqələri

Azərbaycan-İtaliya turizm əlaqələri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliya Respublikasının Roma şəhərində "Classis-Project" qeyri-hökumət təşkilatının "Sirli Azərbaycan: sivilizasiyaların kəsişməsində mədəni irs və təbii gözəlliklər" adlı layihəsi çərçivəsində "Azərbaycan və İtaliya arasında turizm əlaqələrinin qurulması" mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Şahin Şahbazov iştirak edib.

Konfransın əsas məqsədi mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycanın turizm potensialının, tarixinin və mədəniyyətinin İtaliyada təbliğ edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə