"Bir nəfəs, bir səs" Teatr Festivalı davam edir FOTOLAR

"Bir nəfəs, bir səs" Teatr Festivalı davam edir FOTOLAR

Türkiyənin Konya şəhərində keçirilən 8-ci Uluslararası "Bir nəfəs, bir səs" adlı Teatr Festivalı davam edir. SİA-nın verdiyi məlumata görə, festivalın ilk günü Türkiyə, Azərbaycan, Kipr, Başqırdıstan, Kosova, Qazaxıstan, Hakasya, Türkmənistan və Dağıstandan dəvət olunmuş festival iştirakçıları həmişə olduğu kimi Atatürk meydanından Konya Valiliyinin binasına doğru yürüş ediblər.

Festivalın açılışını Bursa Dövlət Teatrı Ali Düşenkalkarın quruluşunda Sadık Şendilin "Qanlı Nigar" tamaşası ilə edib.

Festivalın ikinci günü Sivas Dövlət Teatrı "Qanlı düyün" tamaşası ilə çıxış edib. Konya Dövlət Teatrı və Kipr Teatrının tamaşaları festival iştirakçılarına təqdim ediləcək.

Teatr Festivalında Azərbaycanı Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı təmsil edir. Şəki Teatrının çıxışı aprelin 26-da olacaq. Teatr festivalda J.B.Molyerin "Xəsis" tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, festival günlərində qonaq teatrların 15 tamaşası türk sənətsevərlərinə təqdim ediləcək. Festivalın son günü Ankara Dövlət Teatrının çıxışı olacaq. "Bir nəfəs, min səs" 8-ci Uluslararası Konya Teatr Festivalı aprelin 30-da başa çatır.

Qeyd edək ki, Festivalda Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə