Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransa Respublikasının mədəniyyət naziri Flör Pellerin ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bütün istiqamətləri müzakirə edilib.
Əbülfəs Qarayev Fransa ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hüquqi bazanın mövcudluğunu önə çəkərək bu amilin ölkələrimiz arasında kitabxana, muzey, irs, kino və digər sahələrdə mübadilələrin aparılmasının önəm kəsb etdiyini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fransanın bütün regionlarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə tədbirlərin təşkilinin xalqlarımızın bir-birini yaxından tanıması üçün olduqca müsbət rol oynadığını diqqətə çatdırıb.
Fransalı nazir isə öz növbəsində son dövrlərdə həyata keçirilən çoxsaylı layihələr və tədbirlərin onda Azərbaycana xüsusi maraq oyatdığını, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı proqramların irəli sürülə bilinəcəyini bildirib. Nazir qeyd etdi ki, Fransa Azərbaycan ilə mədəniyyətin bütün sahələrində əməkdaşlıqda maraqlıdır. Görüşdə teatr və musiqi tamaşalarının, həmçinin balet sənətinin inkişafı barədə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Nazirlər iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində beş illik fəaliyyət proqramının qısa zamanda hazırlanması barədə razılığa gəldilər.
Ə.Qarayev may ayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizin bu mövzuda layihələri barədə məlumat verərək həmkarını tədbirə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB