Mədəniyyət və Turizm Nazirliyinin Almatıda təmsil olunduğu "KİTF 2015" beynəlxalq turizm sərgisi öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, 22 - 24 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Mahir Qəhrəmanov və Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyevdən ibarət nümayəndə heyəti təmsil olunur. Sərgidə, həmçinin, 5 yerli turizm şirkəti (Millennium Tourism and Congress, Improtex travel, The Tour, Bestar, Granitas), 2 mehmanxana (Chinar Hotel and Spa Naftalan, Duzdağ hotel) iştirak edir.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 42 kv.m-lik stend hazırlanın və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq üçüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 42 ölkədən 245-ə yaxın şirkət təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB