Azərbaycan Milli Konservatoriyasında musiqiçi, konsertmeyster, MK-nın müəllimi Mahirə Əliyevanın müəllif konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, "Xəyallar içində" adlı gecədə musiqiçinin həyat və yaradıcılığı, bəstələdiyi musiqilər, şeirləri və təsviri sənət nümunələri, Azərbaycan bəstəkarlarının əsərlərinin xalq çalğı alətləri üçün işləmələri təqdim edilib.
Tədbirdə çıxış edən Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi Mahirə Əliyevanın təhsil ocağındakı fəaliyyətini yüksək qiymətləndirərək ona işlərində uğurlar arzulayıb. Müəllif gecəyə qatılan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, konsert proqramında gənc ifaçılar müəllifin instrumental əsərlərini səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB