Müəllimlərin sınaq qiymətləndirilməsi keçirilib

Müəllimlərin sınaq qiymətləndirilməsi keçirilib

Lənkəran şəhərində Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib. SİA-nın verdiyi məlumata görə, sınaq qiymətləndirilmənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir.

İlkin olaraq bu proses Bakı və Sumqayıt şəhərlərində keçirilmiş, sınaq qiymətləndirilmədə Bakı, Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərində, habelə bölgədə fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə