“Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” MÜSABİQƏSİ
Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, "Humay" Milli Mükafatı laureatı, professor Azər Dadaşovun 70 illiyinə həsr edilən "Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası" üzrə III Respublika müsabiqəsi elan edir. SİA-nın verdiyi məlumata görə, 2016-cü ilin aprel ayında Bakı şəhərində keçiriləcək müsabiqə 2 yaş qrupu (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) üzrə və 3 mərhələdə aparılacaq.
Müsabiqədə Respublikanın bütün musiqi təhsili ocaqlarının şagirdləri və tələbələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 30 mart 2016-cı il tarixinədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.
Müsabiqənin məqsəd və vəzifələri Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsidir.
Münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri olan tanınmış incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.
Qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunur.
I yer – 700 manat və I dərəcəli Diplom
II yer – 500 manat və II dərəcəli Diplom
III yer – 300 manat və III dərəcəli Diplom
3 həvəsləndirici mükafat – 100 manat.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB