“Düymə” sərgisi açılacaq

Aprelin 25-də Kiçik Qala Art qalereyasında qeyri-adi "Düymə" sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, "Düymə" sərgisinin hər iştirakçısı üçün layihənin konsepsiyasına öz münasibətini bildirmək vacibdir. Düşünülmüş iş ekspozisiyası rəssamların bu mövzuya olan fikirlərini birmənalı təcəssüm etdirir.

"Düymə" sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və istedadlı rəssamları bir araya gətirir. Keramika, heykəltəraşlıq, qobelen, rəsm və qrafik dizayn üzrə ixtisaslaşan rəssamların əl işləri geyimin bu əvəzedilməz predmetinin mistik və funksional simvolikası üzərində qurulub.

Sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında birləşərək özündə təsviri incəsənət, heykəltəraşlıq nümunələri, qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən işlər yaradıblar. Hər biri öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və daxili dünya ilə ağlasığmaz paralellər təklif edir.

Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sıra xarici və yerli sərgilərin, layihələrin iştirakçısı olublar. Onların hər biri öz sahəsində yiyələndiyi təcrübə və biliklərini ümumiləşdirərək düymə mövzusunu müxtəlif rakurslardan aşkar edən işlər yaradır.

Sərgi mayın 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə