Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsi elan edib. SİA-nın verdiyi məlumata görə, müsabiqə ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə Dövlət komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Millət vəkili Qənirə Paşayeva, Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və bir sıra digər media nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ötən il müsabiqəyə təqdim edilən məqalələrdə internetdəki materiallardan istifadə olunduğunu söyləyib. Bildirib ki, müsabiqənin ilk mərhələsində kifayət qədər jurnalist fəallığı müşahidə olunmayıb.
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bəzi telekanalların şou xarakterli proqramlarını tənqid edib. Diqqətə çatdırıb ki, jurnalistlər yazılarında hər bir problemin həlli yolunu göstərməlidir: "Düşünürəm ki, jurnalist heç bir zaman plagiatlığa yol verməməlidir. Müsabiqədə 35 yaşa qədər olan qadın jurnalistlər iştirak edəcək. Bu da gənc yazarlara peşələrini uğurla davam etdirmələrində bir stimul olacaq".
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, savadlı cəmiyyətə gedən yol savadlı qadın və anadan keçir. Bildirib ki, qızlarımız oxumalı, peşə, iş sahibi olmalıdır: "Çünki cəmiyyətimizin savadlı qadınlara ehtiyacı var. Yaxşı peşə sahibi olan qadın çətin anlarda belə övladlarının məsuliyyətini öz üzərlərinə götürə bilirlər. Onu da deyim ki, kriminal verilişlərin yayımlanması doğru deyil".
Millət vəkili həmçinin bu cür müsabiqələrdə kişilərin də iştirak etməsinin vacib olduğunu diqqətə çatdırıb.
Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə çıxışında qadınların savadlanmasının, özlərini cəmiyyətə düzgün təqdim etmələrinin tərəfdarı olduğunu söyləyib.
Qeyd edək ki, tədbir çıxışlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB