Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi tam gücü ilə fəaliyyət göstərir. SİA-nın verdiyi məlumata görə, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.
Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsi ilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Bu məqsədlə Nazirliyin dəstəyi ilə Turizm İnformasiya Mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Məlumat verildiyi kimi, daha öncə üç mərkəzin www.guba.travel, www.sheki.travel və www.zagatala.travel portalı istifadəyə verilib.
Bu gün daha dörd mərkəzin saytı www.baku.azerbaijan.travel, www.ganja.travel, www.lankaran.travel və www.shamakhi.travel istifadəyə verilib. Portallarda, yerli turistlərin məlumatlandırılmaları üçün hər bir informasiya yer alıb. Yaxın vaxtlarda portalların ingilis və rus dili versiyası da tam istifadə də olacaq.
Həmçinin, mərkəzlərin işində effektliyin artırılması məqsədilə "Facebook" sosial şəbəkəsində bütün turizm informasiya mərkəzlərinin səhifəsi yaradılmış və istifadəçilərin xidmətinə verilib.
Turizm İnformasiya Mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB