Xalça Muzeyində tədbir keçiriləcək

Xalça Muzeyində tədbir keçiriləcək

17 aprel, saat 16:00-da Azərbaycan Xalça Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə "Milli irs mükafatı"nın təltifetmə mərasimi və "İRS" silsiləsi çərçivəsində nəşr edilmiş Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş "Məftun edən şəhər" adlı kitabın təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Abidələr və Tarixi Yerlər Günündə ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərin və təşkilatların mükafatlandırılması mərasimi təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə