23-24 aprel tarixində İsveçrə Konfederasiyasının Lüsern şəhərində 4-cü "Lüsern Dünya Turizm Forumu" keçiriləcək. SİA-nın verdiyi məlumata görə, forumda Mədəniyyət və Turizm Nazirliyi tərəfdaş qismində iştirak edəcək. Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikası olacaq. Forumda ölkəmizin qonaq qismində iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, forumda 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin, mütəxəssislərin və icraedicilərin iştirakı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB