15 aprel tarixində Moskva şəhərində Rusiya Federasiyası Ticarət - Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən "Xəzər dialoqu 2015" beynəlxalq iqtisadi forumunda Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq. SİA-nın verdiyi məlumata görə, forumun keçirilməsində məqsəd Xəzər regionunda dialoqun yaradılmasından ibarətdir. "Xəzər regionunda təhlükəsizlik və davamlı inkişaf" mövzusunda keçiriləcək tədbirdə müxtəlif sessiyaların təşkil olunması nəzərdə tutulub. Bu sessiyalar Xəzər regionunda neft, qaz və digər enerji sahələri ilə yanaşı, turizmin müxtəlif növləri, o cümlədən, sağlamlıq, tibbi, idman, ovçuluq və ekoloji turizm növləri üzrə də sessiyalar təşkil olunacaq.
Qeyd edək ki, nümayəndə heyətimiz Xəzər dənizində turizm və istirahət sessiyasında iştirak edəcək və Azərbaycanın Xəzər sahili regionlarının turizm imkanları üzrə təqdimat keçirəcəyi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB