Əməkdar artist: "İzləyicini komediya janrına cəlb etmək daha asandır" AÇIQLAMA
"İndiki dövrdə insanları güldürmək çətin olsa da, çox adam əylənməyə meyl göstərdiyi üçün rejissorlar da məhz bu janrında filmlər çəkməyə üstünlük verirlər". Bu sözləri SİA-ya əməkdar artist Dilarə Əliyeva açıqlamasında deyib.
Onun sözlərinə görə, izləyicini komediya janrına cəlb etmək daha asandır: " Bəzən deyillər ki, guya komediya filmlərinin çəkilişinə maliyyə vəsaiti daha az istifadə olunur. Məhz bu səbəbdən də rejissorlar bu janra üstünlük verirlər. Mən özüm dəfələrlə komediya filmlərində çəkilmişəm və deyə bilərim ki, bu heç də belə deyil. Sadəcə izləyini bu janra daha rahat cəlb etmək olur. Bütün ölkələrdə olduğu kimi bizdə də insanlar əylənməyə meyllidirlər və ona görə də bu janrda çəkilən filmlər digərlərinə nisbətən daha baxımlı olur.təbii ki Azərbaycan filmləri təkcə bu janrla bitmir. Düşünürəm ki, zaman keçdikcə daha peşəkar və baxımlı filmlərimiz də çəkiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB