“Dərs” filminin təqdimatı FOTO

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş "Dərs" bədii filminin təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər.

Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, film 5 may, saat 19:00-da Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə