"Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində tədbir keçirilib FOTOLAR
Bu gün "Autist Uşaqların Reabilitasiyasına Kömək" İctimai Birliyi Nizami Kino Mərkəzinin dəstəyi ilə "Dünya Autizm Maarifləndirmə" ayı çərçivəsində tədbir və film nümayişi keçirib. SİA-nın verdiyi məlumata görə, mövzu ilə bağlı çıxış edən, Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman aparatının nümayəndəsi Müqalib Mahmudov, Sağlam və Birgə İctimai Birliyin sədri Aytən Qasımova-Eynalova, Hacı Nuran Hüseynov və digər tədbir iştirakçıları Azərbaycanda autizm sindromlu uşaqlara Dövlət qayğısı göstərilməsindən, əlaqədar layihələrin hazırlanmasından, və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıblar.
Çıxışlardan sonra, Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüş rejissor Barri Levinsonun "Yağış adamı" filmi nümayiş edilib.
Tədbirin sonunda, "Autist Uşaqların Reabilitasiyasına Kömək" İctimai Birliyinin sədri Elnur Məmmədli göstərdikləri dəstəyə görə Kinomərkəzin əməkdaşlarına təşəkkür edib.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB