15 aprel tarixində Fransa Respublikasının Paris şəhərində YUNESKO və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə YUNESKO-nun Baş Qərargahında "Kitabi - Dədə Qorqud" eposunun alman dilində ilk tərcüməsi, nəşri və dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək. SİA-nın verdiyi məlumata görə, forumda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və digər türkdilli ölkələr təmsil olunacaq.
Qeyd edək ki, forumda Azərbaycan incəsənət xadimləri də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB